...

Dövlət Neft Şirkəti Azərbaycanın dəniz yatağında yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir

Energetika Materials 12 Mart 2008 22:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart/ Trend müxbir S.Əliyev/ Bu il Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Qərbi Abşeron" yatağının cənub hissəsində yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir. Bu barədə çərşənbə axşamı Dövlət Neft Şirkətindən məlumat veriblər. Quyunun dərinliyi təqribən 800 metr təşkil edəcək. Hazırda yataqda daha bir quyunun qazılması üzrə hazırlıq işləri gedir. Qazma "Abşeron" qazma qurğusundan həyata keçirilir.

Dövlət Neft Şirkəti yatağın bu hissəsinin inkişaf etdirilməsi proqramını həyata keçrimək niyyətindədir. Birinci platforma qazılmış üç qaz quyusunun qoşulması üçün qurulacaq. Onlar qazılıb və konservləşdiriliblər. Bu quyuların təqribi debiti gündə 250 min kubmetr qaz təşkil edəcək. Bu yeni hasilat üsulu - qazlift üsuluna keçməyə, həmçinin məişət ehtiyacları üşün qaz verməyə imkan verəcək.

Bu yataqda ehtiyatların qiymətləndirilməsi göstərib ki, yataqda ola bilsin ki, 10 mln. tondan çox neft var.

Xəbər lenti

Xəbər lenti