...

Azərbaycan yanvar və fevral aylarında mazut istehsalını azaldıb

Energetika Materials 17 Mart 2008 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend / Azərbaycan Neft Şirkətinin təkibinə daxil olan 2 Bakı NEZ- - "Heydər Əliyev adına"(Azərneftyanacaq) və "Azərneftyanacaq" - yanvar və fevral aylarında 1 mln. 275 min ton neft emal edib. Bu müəssisələrdə neft məhsullarının istehsalı, keçən ilin yanvar və fevral ayları ilə müqayisədə, 4,6 faiz azalıb.

Dövlət Stataistitka Komitəsindən verilən məlumata görə, avtomobil benzininin istehsalı keçən ilin analoji dövrü ilə müqayisəldə 25,8 faiz , dizel yanacağı 28, 8 faiz, yağ 2,3 dəfə, bitum isə 14,8 faiz artıb.

Kerosin istehsalı 2,5 faiz, mazut 38, 6 faiz, naft isə 52, 3 faiz azalıb.

2008-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı:

Min ton 2008 -ci ilin yanvar - fevral ayları 2007 -ci ilin Yanvara - fevralına qədər %
Avtomobil benzini 156,9 125,8
Kerosin 127,8 97,5
Yanacaq mazutu 307,3 61,4
Dizel yanacağı 413 128,8
Neft bitumu 16,3 114,8
Sürtkü yağları 14 2,3 dəfə
Nafta 47 47,7
Xəbər lenti

Xəbər lenti