Azərbaycan, Bakı, 19 mart/ Trend / Xəzər regionundan Avropaya təbii qaz nəqlinin planlaşdırıldığı "Nabukko" qaz kəmərinin doldurulması üçün İran və Rusiyadan qaz alına bilər. Bloomberg-in məlumatına görə, bu barədə "Nabukko" üzrə altı tərəfdaşdan biri olan Türkiyənin Botas şirkətinin rəhbəri Saltuk Düzyol məlumat verib.
"Botas qaz kəməri ilə Rusiya qazının nəqlinə etiraz etmir. İran və İraq qazı 2013-cü ildə açılışı zamanı "Nabukko"-ya buraxma gücünü 31 mlrd. kubmetrə çatdırmaq imkanı verə bilər", - Saltuk Düzyol bildirib.
Aİ əvvəllər bildirib ki, "Nabukko" qaz kəmərində İran qazından istifadə etməyəcək. Boru kəməri ilə Aİ-nin Avropa təlabatının dörddə birini təmin edən Rusiyadan asılılığının azaldılması məqsədilə, Azərbaycan, Türkmənistan və Qazaxıstandan qaz nəqlini nəzərdə tutur.
"Nabukko" tərəfdaşlarından biri - Macarıstan - Rusiyanın qaz inhisarçısı "Qazprom"-un "Cənub axını" boru kəməri yaratmaq haqqında niyyətini dəstəkləyir.
"Dəyəri 5 mlrd. avro olan layihədə Türkiyənin tərəfdaşlarının Rusiya ilə ayrıca əlaqələrin yaradılmasına etdikləri səylər "Nabukko"-nu sarsıda bilər", - Düzyol bildirib.
"Bizim tərədaşlarımızın bu layihələrin "Nabukko" üçün rəqib olmadığını söyləmələrinə baxmayaraq, aydındır ki, "Cənub axını" türkmən və Qazaxıstan qazından istifadə edərsə, bu belə olacaq. Hər iki layihə kifayət qədər qaz olmadığı halda, eyni zamanda işləyə bilməzlər", - o bildirib.