...

Azərbaycan kiçik su- elektrik stansiyalarının gücünü təxminən 20 dəfə artırmağa hazırdır

Energetika Materials 19 Mart 2008 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti üç il ərzində kiçik su - elektrik stansiyalarının gücünü 20 dəfə artırmaq niyyətindədir. Bu barədə "Azərenerji"ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.

"Biz kiçik su- elektrik stansiyalarının inkişafını dəstəkləyərək, onların gücünün ümumi həcmini indiki 20-30 MBt a qarşı 600-65 MBt-ə qədər artırmaq niyyətindəyik"-deyə Pirverdiyev dəqiqləşdirib.

Almaniyanın "KfW" İnkişaf Bankı ölkənin bölgələrində 20 su- elektrik stansiyasının tikintisini maliyyələşdirməyə hazır olduğunu bildirib. "Azərenerji" rəhbərinin qeyd etdiyi kimi, bankın bu təklifi nəzərdən keçiriləcək. "Azəreneji" nin işləyib hazırladığı layihənin texniki- iqtisadi əsaslandırması banka təqdim olunub.

"KfW"in layihəsində Zaqatala və Beyləqan rayonlarında 1,502 MBt gücə malik SES-nin tikintisi nəzərdə tutulub. 1 MBt gücə malik SES 1 mln. dollar məbləğində qiymətləndirilir.

Bu, "KfW"bankının bərpa olunan elektrik enerjisi sahəsində birinci layihəsidir. Əvvəllər bankın alternativ enerji istehsalı istəyinə baxmayaraq, sonradan "Azərenerji" şəbəkəsində müvafiq qanunvericiliyin olmaması ucbatından bu istəyindən imtina edib.

Müəlliflə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti