...

Yanvar ayında ABŞ Azərbaycandan neft idxalını azaldıb

Energetika Materials 30 Mart 2008 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend / Cari ilin yanvar ayında ABŞ Azərbaycandan, ötən ilin analoji dövrünün 2,677 mln. ton nefti ilə müqayisədə,1,864 mln. barel neft idxal edib. Bu barədə ABŞ-ın Enerji İnformasiyaları Dövlət İdarəsindən (EIA) məlumat verilib.

ABŞ ötən il Azərbaycandan 20,643 mln. barrel neft idxal edib. Bu göstərici 2006-cı ildə 9,744 mln. barrel təşkil edib.

Azərbaycan neftinin nəql olunduğu əsas ixrac marşrutu Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Bu boru kəməri ilə neft Türkiyənin Ceyhan limanına çatdırılır.

Azərbaycan nefti Gürcüstanın Subsa limanından da ixrac olunub. Bu limana neft Bakı-Supsa boru kəməri vasitəsilə çatdırılırdı. Hazırda boru kəməri təmirdədir. Neft, həmçinin, Gürcüstanın Qara dənizdəki Batumi limanı və Novorossiysk limanlarından ixrac olunur. Bu limanlara neft müvafiq olaraq, Bakıdan dəmir yolu və Bakı-Novorossiysk boru kəməri vasitəsilə çatdırılır.

Xəbər lenti

Xəbər lenti