...

ARDNŞ tədqiqat gəmilərini yenidən təchiz edir

Energetika Materials 2 Aprel 2008 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel/ Trend , müxbir E.İsmayılov/Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ)Geofizika və Geologiya İdarəsi öz tədqiqat gəmilərini yenidən təchiz edir, onlarda yeni avadanlıq quraşdırır və dənizdə tədqiqat işlərinə hazırlayır. Bu barədə çərşənbə günü idarədən məlumat verilib.

Hazırda idarə balansındakı gəmilərin istifadəsi ilə bağlı sifarişlərin qəbulu və danışıqların aparılması ilə bağlı bir sıra işlər görür.

İdarənin balansına üç gəmi -- "Geofizik-1", "Geofizik-2", "Geofizik-3",eləcə də, "Bakı" gəmisi

daxildir. "Geofizik-1" və "Geofizik-3" gəmisi modernləşdirilib. "Bakı" isə "Caspian Geophisical" şirkəti tərəfindən Hind okeanında istifadə olunub və 2004-cü ildə ARDNŞ-nin balansına qaytarılıb.

Xəbər lenti

Xəbər lenti