...

Bakı - Supsa neft kəmərinin təmiri başa çatıb

Energetika Materials 3 Aprel 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir S.Əliyev/ "BP Azerbaijan" şirkəti Bakı-Supsa "Qərb" boru kəmər marşrutunda 18 ay davam edən təmir-tikinti işlərini tam başa çatdırıb.

"Hazırda boru kəmərində istismaröncəsi sınaq işləri aparılır" -deyə cümə günü "BP Azerbaijan"-dan bildirilib. Bakı-Supsa neft kəmərində əməliyyat işləri aparan bu şirkət, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) rəhbəridir.

"Bu kəmər neftin təhlükəsiz nəqlinə əmin olduqdan sonra istifadəyə veriləcək" -deyə BP-dən bildirilib. Neft kəmərilə nəql olunma 2006-cı ilin oktyabrında dayandırılıb.

Gürcüstanın Zestofani ərazisindəki neft kəmərinin 1 km uzunluğunda dolanma sahəsinin 6 mln. dollar dəyərində tikintisini BP-nin sifarişi ilə Almaniyanın MLG firması aparır. ABƏŞ Zestofani rayonu ərazisindəki boru kəməri sahəsində mənbənin hərəkəti monitqrinqini aparıb. Kiçik hərəkət qeydə alınıb ki, bu də dolanma sahəsinin tikinitisini zəruri edib.

Boru kəmərində aparılan işlərin gedişində, Azərbaycan ərazisindəki Kür çayından keçən boru kəmərlərindən biri yenidən inşa olunub. Gürcüstan ərazisində hələ sovet dövründən tikilmiş neft kəməri sahələrində də işlər aparılıb.

İşlər dayandırılmazdan əvvəl Bakı-Supsa neft kəməri vasitəsilə ABƏŞ-in "Azəri - Çıraq- Günəşli" yataqları blokundan hasil olunan yüngül neft nəql olunurdu.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti