...

"Azəriqaz" birinci rübdə 1,5 mlrd. kubmetr qaz əldə edib

Energetika Materials 5 Aprel 2008 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel / Trend / Yanvar-mart aylarında "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə (Azərbaycan ərazilərinə qaz paylanması ilə məşğul olur) 2007-ci ilin yanvar-martındakı iki mlrd. kubmetr qazla müqayisədə 1,5 mlrd. kubmetrə yaxın qaz daxil olub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatında deyilir. Bu il paylayıcı şəbəkəyə qaz tədarükü ilə bağlı proqnozlar 5,7 mlrd. kubmetrdən çoxdur.

Dövlət Neft Şirkəti respublikanın paylayıcı şəbəkəsinə əsas qaz tədarükçüsüdür. ARDNŞ keçən ilin analoji dövründəki 1 mlrd. 136,7 mln. kubmetr ilə müqayisədə bu ilin yanvar-mart aylarında 1 mlrd. 71,6 mln. kubmetr qaz tədarük edib. Bu il ümumilikdə, ARDNŞ "Azəriqaz"a 3,5 mlrd. kubmetr qaz tədarük etmək niyyətindədir.

"Azəri-Çıraq-Günəşli" yatağından ölkənin qaz nəqli ilə məşğul olan sisteminə keçən ilin yanvar-mart aylarındakı 684 mln. kubmetr ilə müqayisədə bu ilin analoji dövründə 229 mln. kubmetr qaz verilib. Bu yataqlardan hasil olunan qazın tədarük proqnozları 637 mln. kubmetr təşkil edir.

"Şahdəniz" qaz kondensat yatağından "Azəriqaz" sisteminə keçən ilin yanvar-mart aylarındakı 172,3 mln. qaza qarşı bu ilin yanvar-mart aylarında 165,3 mln. kubmetr qaz daxil olub. Ümumilikdə bu yataqdan 2008-ci ildə 1,541 mlrd. kubmetr qaz daxil olacaq.

Xəbər lenti

Xəbər lenti