...

"Bakqaz" Azərbaycan paytaxtında qaz verilməsi ilə bağlı yaranmış problemləri yaxın vaxtlarda həll etməyi vəd edir

Energetika Materials 7 Aprel 2008 15:04 (UTC +04:00)
"Bakqaz" Azərbaycan paytaxtında qaz verilməsi ilə bağlı yaranmış problemləri yaxın vaxtlarda həll etməyi vəd edir

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir E.İsmayılov/ Son günlərdə Bakı abunəçilərinin təbii qazla təchizatında müşahidə edilən fasilələr Xırdalan şəhəri ərazisində (Bakı yaxınlığında) yeni dairəvi avtomobil yolunun tikintisi prosesində qaz kəmərinin zədələnməsi ilə bağlıdır. Bu barədə bazar ertəsi Bakının qaz təchizatını həyata keçirən "Bakqaz" İB-dən ("Azəriqaz" QSC-nin bölməsi) məlumat veriblər.

"Qazın verilməsi ilə bağlı problemlər yaxın vaxtlarda həll ediləcək", - İB-dən bildiriblər.

Qazın verilməsi ilə bağlı fasilələr Nəsimi, Yasamal və Səbayıl rayonlarında müşahidə edilib. Bakı abunəçilərinə gündəlik 10 mln. kubmetrədək qaz verilir.

Dairəvi avtomobil yollarının tikintisi Bakının nəqliyyat infrastrukturunun işinin asanlaşdırılması üçün nəzərdə tutulub. Azərbaycanın Nəqliyyat Nazirliyində qeyd edirlər ki, dairəvi yolların tikintisi zamanı qaz, su və telefon infrastrukturunun köçürülməsi ilə bağlı problemlər yaranır. Bundan əlavə, tikinti marşrtularında qeyri-qanuni tikililər var və onlar lazım olan hallarda uçurdulur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti