...

Qasırğa nəticəsində Azərbaycanın bölgəsindəki yarımstansiyada partlayış baş verib

Energetika Materials 18 Aprel 2008 17:28 (UTC +04:00)

Azərbaycan, Şəki, 18 aprel / Trend , müxbir E.Quliyev/ Azərbaycanın şimal-şərqində yerləşən Şəki rayonunda dünən axşamdan başlayan güclü qasırğa nəticəsində rayonun 110 kVt-luq yarımstansiyasında partlayış baş verib. Şəki Regional Paylayıcı Şəbəkəsindən cümə günü Trend a bildiriblər ki, yarımstansiyanın partlaması nəticəsində Şəki şəhərinin 30 faizi və rayonun 10 kəndi işıqsız qalıb.

Məlumata görə, enerji verilişi günün sonuna kimi bərpa edilməlidir.

Şəki paytaxt Bakıdan 352 kilometr şimal-şərqdə yerləşir.

Xəbər lenti

Xəbər lenti