...

Gürcüstan Rusiyaya sutkada 7,78 milyon kVt/saat elektrik enerjisi ixrac edir

Energetika Materials 8 May 2008 13:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 may / Trend , müxbir N.Kirtsxalia/ Gürcüstandan Rusiyaya elektrik enerjisi ixracının sutkalıq həcmi 7,78 mln. kVt/saata qədər artıb. Bu barədə Elektroenergetika Sisteminin Kommersiya Operatorunun mətbuat xidmətindən məlumat verilib.

Mayın əvvəlindən Rusiyaya artıq 23,39 mln. kVt/saat elektrik enerjisi ixracı həyata keçirilib.

Gürcüstandan Türkiyəyə isə sutkada 2,54 mln. kVt/saat həcmində elektrik enerjisi daxil olur.

Gürcüstan hər iki ölkə ilə elektrik enerjisi tədarükünü barter yolu ilə həyata keçirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti