...

Azərbaycan Dövlət Neft Şirkəti iyunda Ceyhandan 20 tanker partiyası neft satacaq

Energetika Materials 15 May 2008 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend / Azərbaycan Dövlət Neft Şirkəti iyunda Türkiyənin Ceyhan limanından Bakı-Tbilisi-Ceyhan boru kəmərilə ümumi həcmi 16 mln. barel olan 20 partiya Azərbaycan yüngül neftinin göndəriləcəyini proqnozlaşdırır. Bu haqda "Energy Intelligence Group" xəbər verir.

İyun ayında Ceyhan limanından cəmi 21,8 mln. barel neft göndərilib. 21,8 mln.barel neftin 5,8 mln.bareli Bakı-Tbilisi-Ceyhan layihəsinin digər iştirakçılarının payına düşür. Azərbaycan Dövlət Neft Şirkəti iyunda 10 partiya 1 mln. barel və 10 partiya 600 min barel həcmində neft göndərəcək.

İyunda Ceyhan limanından neft partiyasının göndərilməsi qrafiki:

Mövqe Tarix Sahibkar Həcm (barrel)
1. 02-04 "BP" 2 mln.
2. 03-05 "BP" 0,8 mln.
3. 03-05 "BP" 0,6 mln.
4. 04-06 ARDNŞ 1 mln.
5. 05-07 ARDNŞ 0,6 mln.
6. 07-09 ARDNŞ 1 mln.
7. 08-10 ARDNŞ 0,6 mln..
8. 09-11 "BP" 0,6 mln.
9. 10-12 ARDNŞ 1 mln.
10. 11-13 ARDNŞ 0,6 mln.
11. 12-14 ARDNŞ 1 mln.
12. 13-15 ARDNŞ 0,6 mln.
13. 13-15 "Itochu" 0,6 mln.
14. 14-16 "Chevron" 0,6 mln.
15. 17-19 ARDNŞ 1 mln.
16. 18-20 ARDNŞ 0,6 mln.
17. 19-21 ARDNŞ 0,6 mln.
18. 20-22 ARDNŞ 0,6 mln.
19. 21-23 ARDNŞ 1 mln.
20. 22-24 ARDNŞ 0,6 mln.
21. 22-24 "Inpex" 0,6 mln.
22. 23-25 ARDNŞ 1 mln.
23. 24-26 ARDNŞ 0,6 mln.
24. 25-27 ARDNŞ 1 mln.
25. 26-28 ARDNŞ 1 mln.
26. 27-29 ARDNŞ 0,6 mln.
27. 28-30 ARDNŞ 1 mln.
İyun-cəmi 21,8 mln.
Xəbər lenti

Xəbər lenti