...

Azərbaycan Dövlət Neft Şirkətinin "Neftqaztikinti" tresti beynəlxalq sertifikat alıb

Energetika Materials 15 May 2008 21:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin "Neftqaztikinti" tresti beynəlxalq ISO EN IEC 17024 sertifikatı alıb. Bu barədə ARDNŞ-ın cümə axşamı yayılan məlumatında deyilir. Hazırda ISO EN IEC 17025 sertifikatının alınması üçün işlər aparılır.

"Neftqaztikinti" artıq ISO EN 9000 (Keyfiyyətin idarə edilməsi), ISO EN 14001 (Ətraf mühitin mühafizəsi), TS 18001/OHSAS (Təhlükəsizlik texnikası və əməyin mühafizəsi) sertifikatlarına malikdir.

Ötən il "Neftqaztikinti" tresti 264 km uzunluğunda qaz kəmərinin tikintisini həyata keçirib. Bunun 127 km dənizin dibi ilə, qalan 137 km isə quruda çəkilib.

Xəbər lenti

Xəbər lenti