...

Bakıda ABB Turbocharging stansiyası açılıb

Energetika Materials 16 May 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may/ Trend / ABB Turbocharging - ABB şirkətinin bölməsi bu gün Azərbaycanda yeni turbokompressor obyekti açıb. Bu stansiya ABB-nin bütün regiondakı müştərilərinə xidmət göstərəcək. Belə Mərkəzin yaradılması regionun sürətli templərlə inkişaf edən elektrik enerjisi sektoruna, daim müasirləşən və genişlənən Xəzər dənizi gəmiçiliyinə xidmət göstərmək baxımından çox vacibdir. Şirkətin Bakıdakı stansiyasının açılması ABB-nin Qafqaz regionundakı müştərilərinə 24 saat ərzində xidmət göstərməyə imkan verəcək. ABB Turbocharging şirkətinin Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) yerləşən stansiyası və ABB Turbocharging-in Badendəki (İsveçrə) baş ofisi Bakıdakı stansiyaya tam dəstək göstərəcək.

Stansiyanın meneceri Mahmud Rzayev açılışda ABB şirkətinin Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdə davam etdiyini və ABB Turbocharging-in stansiyasının açılmasının bunu bir daha təsdiqlədiyini bildirib. Onun sözlərinə görə, stansiyada həm Azərbaycanda, həm də onun sərhədlərindən kənarda treninqlər keçmiş yüksək səviyyəli yerli mütəxəssislər çalışır.

ABB Turbocharging şirkətinin baş meneceri Aksel Matias Kettmann (Axel Matthias Kettmann) bildirib ki, bu gün ABB Xəzər dənizi regionunda dəstək əməliyyatlarının həyata keçirilməsi üçün Azərbaycanda özünəməxsus "habın" yaradılması imkanlarını nəzərdən keçirir. Azərbaycanda ofisin açılmasının əsas səbəblərindən biri ABB şirkətinin öz müştərilərinə yaxın olmaq arzusudur. Kettmann bunun, xüsusilə də, regionunda çox uğurla çalışan Wartsila şirkətinə aid olduğunu bildirib.

ABB-nin Mərkəzi Asiya və Qafqaz subregionu üzrə meneceri Cozef Qrandlın (Josef Grandl) sözlərinə görə, şirkətin əsas planları Azərbaycanda fəaliyyətin genişləndirilməsindən ibarətdir. Bu onunla izah edilir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir. Şirkətin biznesinin genişlənməsi ilə, bu işdə çalışan personalın sayı da artacaq. ABB ölkədə layihələrin idarə edilməsi, injinirinqin həyata keçirilməsində və xidmətlərin təqdim edilməsində maraqlıdır.

Əməkdaşlığı yalnız turbokompressorlar istiqamətində deyil, həm də proseslərin avtomatlaşdırılması, transmissiya, xidmətlər və elektrik enerjisinin ötürülməsi və paylaşdırılması həllində genişləndirmək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti