...

"Sumqayıtelektrikşəbəkə" "Azərsu" SC-nin stansiyalarına elektrik enerjisi verilməsini dayandıracaq

Energetika Materials 16 May 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / " "Sumqayıtelektrikşəbəkə" ASC 2008-ci il mayın 19 -da "Azərsu" SC müəssisələrinə məxsus nasos stansiyalarına elektrik enerjisi verilməsini dayandıracaq. Buna səbəb SC nin borcların ödənilməsi üçün heç bir tədbir görməməsidir. Bu haqda "Sumqayıtelektrikşəbəkə" ASC-dən cümə günü alınan məlumatda bildirilib.

""Sumqayıtelektrikşəbəkə" ASC-nin dəfələrlə müraciət və xəbərdarlıq etməsinə baxmayaraq, borcların ödənilməsi istiqamətində heç bir tədbirlər görülməmişdir", - sənəddə qeyd olunub.

"Azərsu" SC-nin elektrik enerjisinə görə borcu 2008-ci il yanvarın birinədək təxminən 38 mln. manat təşkil edib. Cari ilin 4 ayı ərzində "Azərsu" SC-nin borcu təxminən 3,45 mln.manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti