...

Bizi enerji təhlükəsizliyi ilə qorxutmağa başlayanda, mən bunu başa düşmürəm – Vahid Ələkbərov

Energetika Materials 3 İyun 2008 18:03 (UTC +04:00)
Bizi enerji təhlükəsizliyi ilə qorxutmağa başlayanda, mən bunu başa düşmürəm – Vahid Ələkbərov

Azərbaycan, Bakı, 03 iyun / Trend / Rusiyanın "LUKOYL" şirkəti Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün texnoloji xəttin yaradılmasına səy göstərir.

"Biz məhsullarımıza ehtiyac duyulan ölkələrdə enerji təhlükəsizliyini bütün texnoloji zəncirlər - quyuların qazılmasından başlayaraq, yanacaqdoldurma stansiyalarının tikilməsi əsasında təşkil etməyə hazırlaşırıq", - deyə çərşənbə axşamı "Vesti" telekanalına müsahibəsində "LUKOYL" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, hazırki texnoloji zəncir kəskin şəkildə Şərqi Avropa ölkələri ilə bağlıdır.

"Bu gün neftimizin Avropa bazarlarına verilməsi boru kəmərləri və tanker tədarükləri ilə bağlıdır", - deyə Ələkbərov bildirib.

"LUKOYL"un prezidenti hesab edir ki, bu gün Rusiya şirkətləri maliyyə və texnoloji potensiallarını artıraraq, Avropa ölkələrinin enerji biznesində fəal iştiraka iddia edir.

"Əlbəttə, bizim sonuncu istehlakçıyadək çatmaq istəyimiz var və bizi enerji təhlükəsizliyi ilə qorxutmağa başlayanda, mən bunu başa düşmürəm", - deyə "LUKOYL"un prezidenti bildirib.

Ələkbərovun sözlərinə görə, bu gün Avropa istehlakçıları neftin qiymətinin azaldılmasını deyil, dövlətin vergi faizləri hesabına bu prosesdə iştirakını tələb edir. "Bu gün benzinin qiymətinin 60 faizini vergilər təşkil edir. Hazırda "LUKOYL" benzin ixrac etmir, hər il istehsal olunan 12 mln. ton yanacaq Rusiya bazarında satılır", - deyə Ələkbərov bildirir.

Xəbər lenti

Xəbər lenti