Azərbaycan, Bakı, 03 iyun / Trend / Azərbaycanın Dövlət Neft Şirkəti 2018-ci lə ölkədə ən yeni neft emalı, neft-kimya kompleksinin, qazın dərin emalı üzrə kompleksin və kimyəvi gübrələrin istehsalı üzrə zavodun yaradılmasını başa çatdırmaq niyyətindədir. Bu barədə çərşənbə axşamı ARDNŞ -nin yüksək vəzifəli nümayəndəsi məlumat verib. Səngəçalda yerləşəcək yeni obyektin yaradılması üzrə işlərə bu il başlamaq planlaşdırılır.
Birinci mərhələdə qaz emalı müəssisəsinin və gübrə istehsalı üzrə zavodun yaradılması nəzərdə tutulur. Bu kompleksin yaradılmasını 2012-ci ilə başa çatdırmaq nəzərdə tutulur.
Neft emalı kompleksi kükürdlü neftlərin emalı üçün nəzərdə tutulacaq. Bu, Azərbaycanda hasil olunan neftin bütün növlərini (ixraca göndərilən Azeri Light istisna olmaqla), həmçinin, Xəzərin şərq sahilindən alınan nefti emal etməyə imkan verəcək. Neft emalı kompleksinin gücü, gələcəkdə genişləndirilməklə, ildə 10 mln. ton səviyyəsində olacaq.
Qaz emalının gücü ildə 30-40 mlrd. kubmetrədək genişləndirmək imkanı ilə ildə 20 mlrd. kubmetr təşkil edəcək. Bununla yanaşı, Azərbaycanın Dövlət Neft Şirkəti "Şahdəniz" yatağından hasil olunan qazın da emalını həyata keçirmək niyyətindədir. "Şahdəniz" yatağından alınan qazın həcmi ildə təqribən 3 mlrd. kubmetr təşkil edə bilər.
Bu gün Azərbaycanda neft məhsulları ümumi illik emal gücü 20 mln. ton olan iki Bakı NEZ (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və "Azneftyağ" NEZ) bazasında istehsal olunub. Hər iki NEZ, hər il şəxsi vəsaitləri hesabına işlənən qurudakı və dənizdəki yataqlardan hasil edilən 6 mln.-dan çox nefti emal edən Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxildir.
Səngəçalda mərhələli şəkildə neft emalı kompleksinin yaradılması ilə bu müəssisələrdəki avadanlıq sökülməyə başlanılacaq. Bu avadanlıqdan Dövlət Neft Şirkətinin Azərbaycandan kənarda yarada biləcəyi müəssisələrdə istifadə edilməsi mümkündür.
Qaz Azərbaycanda qaz emalı zavodunda emal edilir. Azərbaycan qaz emalı zavodunun birinci növbəsi 1961-ci ildə istismara verilib. Altı qaz emalı qurğusundan əlavə, qaz kondensatının emalı (gücü ildə 675 min ton) və qeyri-sabit benzinin fraksiyalaşdırılması (ildə 600 min ton) üzrə qurğular tikilib.
Yeni qaz emalı kompleksinin tikintisindən sonra köhnə zavod tamamilə söküləcək.