...

Azərbaycanda iri yarımstansiyanın gücü artıb

Energetika Materials 4 İyun 2008 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun/ Trend / Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün İmişli yüksəkvoltu elektrik şəbəkəsində təmir işləri çərçivəsində, uzunluğu təqribən 30 km olan elektrik ötürücü xətlərdə (EÖX) təmir işləri aparılıb. Bu barədə "Azərenerji" SC-nin çərşənbə günü yayılan məlumatında deyilir.

"İmişli" elektrik yarımstansiyasında 125 kV/A gücündə transformator 250 mV/A gücündə transformatora dəyişdirilib.

"Şükürbəyli" və "Zövcut" yarımstansiyaları arasında uzunluğu 17 km olan 35 kVt gücündə ikidövrəli EÖX istismara verilib. "Şükürbəyli" yarımstansiyasında 25 mV/A gücündə transformator da təmir edilib.

Ay ərzində bu eleketrik paylayıcı şəbəkələr üzrə təqribən 84 mln. kVt/s elektrik enerjisi verilir. Gün ərzində bu göstərici 2,8 mln. kVt/s təşkil edir.

Xəbər lenti

Xəbər lenti