...

İri dəniz yatağında qışadək yeni avadanlıq quraşdırılacaq

Energetika Materials 10 İyun 2008 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinə məxsus (ARDNŞ) "Neft Daşları" neft-qaz hasil idarəsinin altı yeni rezervuarının qışa qədər istismara verilməsi planlaşdırılır. Bu haqda çərşənbə axşamı "Neft Daşları" NQÇİ-dən bildirilib. Rezervuarlarla birgə neftin qızdırılması və təmizlənməsi üzrə yeni avadanlığın istismara veriləcəyi də palanlaşdırılır.

Hazırda "Neft Daşları" NQÇİ yeni rezervuarlar üçün sahələrin hazırlanması işlərini aparır. NQÇİ cəmi altı rezervuarın quraşdırılmasını planlaşdırır. Sözügedən rezervuarlardan biri xammalın təmizlənməsi üçün istifadə olunacaq.

Hər bir rezervuarın həcmi 2000 ton, diametri - 15 metr, hündürlüyü - 12 metr təşkil edir..

Rezervuarlarl "Neft Daşları" NQÇİ-nın sifarişi ilə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda istehsal olunub. Zavod ilk dəfədir bu tipli avadanlığın istehsalına başlayıb.

ARDNŞ geoloqlarının qiymətləndirməsinə əsasən, "Neft Daşları" yatağında qalıq neft həcmi 30 mln. ton təşkil edir. Yataqda hasilat həcmini artırmaq məqsədilə, 2010-cu ilədək ARDNŞ daha 78 quyu qazacaq. Yeni platformaların tikintisi də planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti