...

ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsi neftin qiymətinə dair proqnozlarını təxminən 11 faiz artırıb

Energetika Materials 11 İyun 2008 13:39 (UTC +04:00)
ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsi neftin qiymətinə dair proqnozlarını təxminən 11 faiz artırıb

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir A.Bədəlova / Dünya üzrə neftə olan tələbatın sutkada 1 mln. barrel artması nəticəsində ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsi ("EIA") 2008-ci ildə "WTI" növlü Amerika neftinin qiymətinə dair proqnozları bir barrel üçün 12 dollar artıraraq 122 dollar elan edib.

Trend -a çərşənbə günü "EIA"dan bildirilən məlumata əsasən, gələcəkdə enerjiyə olan yüksək tələbat, həmçinin bəzi neft hasil edən regionların qeyri-stabil tadarükləri qiymətlərin artmasına səbəb olacaq.

2008-ci ildə neftə olan ümumdünya tələbatı sutkada 86,38 mln. barr., 2009-cu ildə isə sutkada 87,7 mln. barr. təşkil edəcək.

"EIA"nın məlumatına əsasən, 2009-cu ildə "WTI" neftinin orta qiyməti bir barrel üçün $4/ artaraq $126/barr. təşkil edə bilər. 2008-ci ildə bu göstərici bir barrel üçün $122 təşkil edir.

"EIA" hesab edir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələr - Çin, Hindistan və Orta Asiyanın hesabına 2008-ci ildə neftə tələbat sutkada 1,2 mln. barrel artaraq 37,68 mln. barrelə çatacaq.

İƏİT ölkələrində 2008-ci ildə neftə tələbat sutkada 240 min barrel azalaraq sutkada 48,71 mln., 2009-cu ildə isə cüzi artaraq sutkada 48,79 mln. barrel təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti