...

Tətilçilər "Caspian Shipyard Company" rəhbərliyinə bir həftə vaxt veriblər

Energetika Materials 13 İyun 2008 14:18 (UTC +04:00)
Tətilçilər "Caspian Shipyard Company" rəhbərliyinə bir həftə vaxt veriblər

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir E.İsmayılov, S.Babayeva / Bakıda "Caspian Shipyard Company" (CSC) BM-nin neft servis ərazisində cümə axşamı başa çatan tətildə iştirakçılar şirkət rəhbərliyi qarşısında qaldırılan tələblərin yerinə yetirilməsi üçün bir həftə vaxt veriblər. Bu barədə cümə günü Trend -a telefonla adının gizli qalmasını istəyən tətil iştirakçısı məlumat verib.

Həmin şəxsin sözlərinə görə, təxminən 700 nəfərin iştirak etdiyi tətildə iştirakçılar "CSC" rəhbərliyindən əmək haqqının hazırki 200 manatdan 500-1000 manatadək artırılmasını, iş qrafikinin normallaşdırılımasını tələb ediblər.

"CSC"nin azərbaycanlı əməkdaşları olan tətilçilər bəyan edirlər ki, BM-nin təxminən 300 nəfər əcnəbi əməkdaşının əmək haqqı minimum $1200 təşkil edir.

"Biz iş qrafikinin normallaşdırılmasını tələb edirik, çünkü biz qanunvericilikdə nəzərdə tutulmuş iş saatından artıq işləyirik. Bundan əlavə, biz istirahət və bayram günlərində də işləyirik", - deyə tətil iştirakçısı bildirib.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsi"nin 89-cu maddəsinin 2-ci bəndinə əsasən, günlük iş norması səkkiz saatı ötməməlidir.

Tətil dünən "Caspian Shipyard Company" rəhbərliyinə tətilçilərin tələbləri təqdim olunduqdan sonra başa çatıb.

"Qoyulan şərtələr bir həftə ərzində yerinə yetirilməzsə, oturaq tətil keçirmək planlaşdırılır", - deyə şirkətin əməkdaşı bildirib.

"Caspian Shipyard Company"nin rəsmi nümayəndəsindən şərh almaq mümkün olmayıb.

Trend -a cümə günü neftçilərin hüquqlarının müdafiəsi üzrə QHT komitəsinin sədri Mirvari Qəhrəmanlının verdiyi məlumata görə, şirkətdə son həftə ərzində üç bədbəxt hadisə baş verib və bu "texniki təhlükəsizlik qaydalarına riayət olunmamasını göstərir".

Azərbaycanın neft və qaz sənayesi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Cahangir Əliyev cümə axşamı Trend -a bildirib ki, yerli işçilər sosial-məişət şəraitinin yaxşılaşdırılması, əmək müqavilələrinin bağlanması, əmək haqlarının artırılması, əməyin mühafizəsinin təmin edilməsi kimi tələblərlə çıxış edirlər.

"Caspian Shipyard Company" BM 1997-ci ilin avqustunda təsis olunub. Şirkətdə iştirak payının 75 faizi "Azcr Fels Ltd" şirkətinə, 20 faizi Azərbaycan Dövlət Neft Şirkətinə və 5 faizi "LUKOIL"a məxsusdur. Şirkət gəmi və üzən qazma qurğularının təmiri və təkmilləşdirilməsi ilə məşğuldur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti