Azərbaycan, Bakı, 13 iyun / Trend / 2007-ci il ərzində Azərbaycanın quru sahəsindəki "Kürsəngi-Qarabağlı" yataqları blokunun işlənməsi üzrə layihə çərçivəsində, Çinin "CNPC Hong Kong Ltd" şirkətinin payına 1,061 mln. barel neft düşüb. Bu göstərici 2006-cı ildə 1,082 mln. barel təşkil edib. Bu barədə layihədə 25 faiz paya malik olan şirkətin məlumatında bildirilir.
Məlumatda bildirilir ki, bu dövr ərzində əldə olunan mənfəət (vergilərin ödənməsindən sonra) 12,24 mln. dollar təşkil edib ki, həmin məbləğ ötən il 11,42 mln. dollar olub. Artım ötən ilə nisbətdə təxminən 817 min dollar və ya 7,15 faiz təşkil edib.
"Kürsəngi-Qarabağlı"da əməliyyatların dəyəri 2007-ci ildə 18,6 mln. dollar təşkil edib ki, bu göstərici 2006-cı ildə 9,5 mln. dollara bərabər olub.
CNPC "Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin işlənməsi üzrə əməliyyat şirkətinin səhmdarıdır. Ötən il layihədə iştirakdan şirkətin hesabına ötən ilin 15,79 mln. dollarına nisbətdə 2,82 mln. ziyan dəyib. İtkilər ötən il bu yataqdan hasil edilən neft və qazın az həcmdə satılması ilə əlaqədardır. "Yatağın işlənməsi üzrə gələcək planlar yataqdan əldə olunan göstəricilərin daha dərindən araşdırılmasıdan asılı olacaq", - deyə hesabatda bildrilir. Əvvəllər müqavilə sahəsində 2D və 3D seysmik araşdırmaları aparılıb. Göstəricilərin interpretasiyası hazırda davam etdirilir.
"Kürsəngi-Qarabağlı" yatağının işlənməsi üzrə müqavilənin fəaliyyət müdəti 25 il təşkil edir. Layihənin səhmdarları bunlardır: ARDNŞ (50%), Çinin 25 faizə sahib olan iki şirkəti - "China National Oil & Gas Exploration and Development Corp." (CNODC) və "CNPC (Hong Kong) Ltd."dir (CNPCHK). 2008-ci ildə "Kürsəngi-Qarabağlı" əməliyyat şirkəti altı istismar quyusu qazmaq niyyətindədir. Onların dərinliyi təxminən 3500 - 4000 metr təşkil edəcək. Bu dövr ərzində şirktlərin büdcəsi 45,5 mln. dollar səviyyəsində müəyyən olunub.
ARDNŞ ilə bağlanan PSA tipli müqavilə üzrə, "Cənub-Qərbi Qobustan"ın işlənməsi ilə "GOC"
əməliyyat şirkəti məşğul olur. "Gobustan Operating Company"də iştirakın 80 faizi "Commonwealth Gobustan Limited" şirkətinə, 20 faizi isə ARDNŞ-a məxsusdur. "Commonwealth Gobustan Limited"də iştirak payının 37,17 faizi "Arawak Energy" şirkətinə, 62,83 faizi isə "China National Petroleum Company" Şirkətlər Qrupuna məxsusdur.