Azərbaycan, Bakı, 13 iyun/ Trend / Bütün ölkə üzrə elektrik enerjisinin 50 faizini istehsal edən Azərbaycan istilik- elektrik stansiyasında hər birinin həcmi 20 min ton olan altı yeni mazut çəninin tikintisi başlayır. Bu çənlərin tikintisindən sonra stansiyanın mazut ehtiyatı 400 min tondan çox olacaq. Bu barədə "Azərenerji" ASC-nin cümə günü yayılan məlumatında bildirilir.
Artıq yeni çənlərin yerləşəcəyi dəqiq koordinatlar müəyyən edilib. Bunun üçün ərazinin geodeziya və topoqrafik təqdiqatı üzrə işlər reallaşdırılıb, həmçinin, bütün zəruri analizlər aparılıb.
Hazırda çənlərin tikintisi üçün zəruri olan metal konstruksiyaların hazırlanması gedir, bundan sonra onların yığılması üzrə işlər başlayacaq.