...

Dünya Bankı Abşeron yarımadasının ekoloji reablitasiyasına böyük həcmdə kredit ayırıb

Energetika Materials 18 İyun 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend / Dünya Bankı (DB) Abşeron yarımadasının ekoloji cəhətdən reablitasiyasına yönəldilmiş üç layihəyə 164 mln. dollar ayırır. Bu barədə DB-nin saytında yerləşdirilən məlumatda bildirilir.

Layihələr köhnə neft mədənləri ərazilərinin təmizlənməsi, əvvəllər yod istehsal edən iki obyektin zərərsizləşdirilməsi və radioaktiv materiallar üçün anbarın yaradılması, həmçinin Bakıda zibil və ağır tullantıların yığılması və istifadə olunması sisteminin müasirləşdirilməsinə imkan verəcək.

Abşeronun ekoloji proqramı üç layihədən ibarətdir: çirkləndirilmiş sahələrin bərpası layihəsi (74,5 mln. dollar kredit); torpağın neft tullantılarından təmizlənməsi üzrə iri miqyaslı layihə (60 mln. dollar kredit) və ağır tullantıların inteqral idarə olunma layihəsi (29.5 mln. dollar kredit).

Bu üç layihə Abşeronun ekoloji proqramının birinci fazasını təşkil edir. Bu proqramın məqsədlərindən biri Azərbaycanın kompleks ekoloji problemlərin həlli və bu sahəyə dair əhalinin məlumat bazasının yüksəldilməsi üzrə imkanların artırılmasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti