...

Xəzər Dəniz Neft Donanması "Qurban Abbasov" gəmisinin təmiri üçün ehtiyat hissələrinin əldə olunması üzrə tender elan edib

Energetika Materials 21 İyun 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması "Qurban Abbasov" gəmisinin təmiri üçün ehtiyat hissələrinin əldə olunması üzrə açıq tender elan edib.

Avadanlıq və ehtiyat hissələri saziş imzalandığı gündən etibarən, üç aydan gec olmamaq şərtilə, yükalana çatdırılması tələb olunur. Avadanlıq və ehtiyat hissələrinin dəyəri yük göndərildikdən sonra bir il ərzində ödəniləcək.

Tenderdə iştirak edəcək iddiaçılar iştirak ərizələrini və digər sənədləri 2008-ci il avqustun 7-dək Xəzər Dəniz Neft Donanmasına təqdim etməlidirlər.

Təkliflərin qiymətlədirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcək - ehtiyat hissələrinin dəyəri, xüsusi səriştə (gəmi ehtiyat hissələrinin təchizatı sahəsində), göndərilmə müddəti.

Tender təklifləri 2008-ci il avqustun 14-dək qəbul olunacaq və 2008-ci il avqustun 15-də saat 11.00-da Xəzər Dəniz Neft Donanmasının binasında açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti