...

Qazaxıstan neftə öz qiymətini təyin edcək

Energetika Materials 25 İyun 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend / Beynəlxalq Qiymət Şirkəti Argus Media Qazaxıstan neftinin növlərinə qoyulan qiymətlərin nəşrinə başlayıb. 25 iyundan etibarən, bazar iştirakçıları həftəlik bülleten olan "Argus Rınok Kaspiya "-da qiymətlər, analitik materiallar, son xəbərlər və təfsilatlı statistika haqqında hərtərəfli informasiya əldə edə bilərlər.

Argus Medianın çərşənbə günü yaydığı məlumata əsasən, nəşrdə, Qazaxıstan və Çin sərhədində olan qiymətlər daxil olmaqla, neftə qiymətlərin qoyulmasına, həmçinin, Qazaxıstan ixrac nefti xammalının fob Aktau şərtləri əsasında Mahaçqala, Bakı və Nekə çatdırılmasına və Rusiya vasitəsilə tanzit ötürülmə üçün Rusiya-Qazaxıstan sərhədinə olan qiymətlərə dair məlumatlar olacaq. Qazaxıstan Respublikasının transfer qiymətlərin qoyulmasına dair qanun layihəsinə əsasən, bu cür qiymət qoymalar neft şirkətləri tərəfindən öz satışlarının bazar qiymətlərinə uyğun olmasını əsaslandırmaq üçün istifadə oluna bilər.

Həftəlik bülleten "Argus Rınok Kaspiya "-da Azərbaycanla bağlı aşağıdakılar dərc ediləcək:

- İxrac neft və neft məhsullarının təchiz edilməsinə (boru kəməri, dəniz və dəmiryolu təchizatı daxil olmaqla) dair icmal;

- Dövlət Neft Şirkətinin neft və neft məhsullarının tender satışı üzrə məlumat;%

- Azərbaycan neft və neft məhsullarının Novorosiysk, Batumi, Supsa, Ceyhan limanlarında yükləmə cədvəlləri ;

- Yükləmənin həcmi, istehsal və ixracın statistikası, profilaktik təmirlərin cədvəlləri də daxil olmaqla, neft emalı zavodu üzrə icmal;

- Azərbaycan limanları Dübəndi, Bakı və Səngəçal vasitəsilə neft və neft məhsullarının boşaldılıb yüklənmə statistikası;

- Bazar iştirakçılarının tariflərin dinamikliyinin və digər nəqliyyat xərclərinin dəyişməsi.

"Argus" Xəzər və Orta Asiya dövlətlərinin neft məhsullarının bazarını, Qazaxıstanın neft emal edən zavodunda yanacağın qiymətlərinə dair olan məlumatları və Türkmənistandakı birja ticarətinin nəticələrini də işıqlandırmaq niyyətindədir. Bundan başqa, "Argus Rınok Kaspiya "oxuculara ixracatçıların nəqliyyat və ona müvafiq xərclərin rüsumları, boru kəməri tariflərinin dəyişkənlik dinamikası, TransXəzər marşrutlarında gəmi qiymətləri və limanlarda boşaldılıb- yükləməyə dair qiymətlər haqqında ətraflı analizi təqdim edir.

"Xəzəryanı dövlətlərin neft sənayesinin sürətli inkişafı vəziyyətin müstəqil qiymətləndirilməsinə və " enerji bazarlarında hadisələrin ətraflı analizinə yüksək tələbi artırır. Bu bazarın işıqlandırılmasında bizim çoxillik təcrübəmiz var və biz "Argus Rınok Kaspiya "-nın istehsalçılar, treyderlər və enerj ehtiyatlarının istehlakçıların geniş marağına səbəb olacağına əminik, - deyə "Argus Media"-nı Moskva filialının direktoru Mixail Qulyaev bildirib.

Xəzər və Mərkəzi Asiya ölkələri hər il təxminən 95-100 milyon neft və 20-25 milyon neft məhsulları istehsal edərək, enerji daşıyıcılarının çox hissəsini Avropa, Asiya və Amerikaya ixrac edirlər.

Argus Media 1970-ci ildən etibarən enerji daşıyıcılarının dünya bazarında qiymətləndirilməsində və analizində ixtisaslaşmış aparıcı müstəqil Qiymət Agentliyidir

"Argus"-un qiymətqoymaları bütün dünya üzrə neft və neft məhsullarının, sıxılmış və təbii qazın, kömürün, elektrik enerjisinin və digər malların alışı və satışı ilə bağlı razılaşmalarda geniş istifadə olunur.

Rusiya, Qazaxıstan və digər dövlətlərin hökumətləri "Argus"-un qiymət məlumatlarından ixrac rüsumlarının və vergi ödənişlərinin qiymətlərinin müəyyən edilməsində istifadə edirlər.

Xəbər lenti

Xəbər lenti