...

ARDNŞ "Günəşlı" yatağında yeni qaz quyusu qazacaq

Energetika Materials 27 İyun 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin "Bail Limanı" Dəniz Qazma İşləri İdarəsi iyulun sonu, avqustun əvvəlinə kimi "Günəşlı- 19" qaz platformasında yeni qaz quyusunun qazılmasını planlaşdırıb. Bu barədə cümə günü idarədən bildiriblər. Hazırda platformada montaj-quraşdırma işləri aparılır.

İdarə bu il 19 neft və qaz istismarı quyularının qazılmasını nəzərdə tutub ki, onların 13 quyunun bu il istismara verilməsi planlaşdırılıb. 19 quyudan 9 quyu "Günəşlı", 6 quyu "Neft Daşları", 4 quyu isə "Ələt Dəniz" yataqlarının payına düşür

İdarə bu il üçün 36 min metr qazma işləri planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti