Azərbaycan, Bakı, 30 iyun / Trend / "LUKOYL" neft şirkətinin prezidenti Vahid Ələkbərov "NİKOYL" İKB səhmdarlarının iyunun 2 - də Bakıda keçiriləcək növbəti ümumi toplantısında iştirak edəcək. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında bildirilir.
İclasın gündəliyinə səhmdarlar strukturunun dəyişdirilməsi məsələləri və bankın gələcək inkişaf planları daxildir.
İclasda "URALSİB Malliyə Korporasiyasının prezidenti Nikolay Tsvetkov, "ISR Holding" şirkətinin prezidenti İskəndər Xəlilov, "NİKOYL" İKB idarə heyətinin sədri Vasili Xamaza da iştirak edəcəklər.