...

OPEK 2008 -ci ildə neft tədarükünü 4 faiz artıracaq - EIA

Energetika Materials 10 İyul 2008 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir A.Bədəlova/ ABŞ -ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) proqnozlarına əsasən, OPEK-in neft tədarükü 2008 -ci ildə sutkada 1,68 mln. barel artaraq, 37,1 mln. barelə çatacaq. Bu göstərici ötən il 35,42 mln. barel olub.

EIA 2009-cu ildə OPEK-in neft tədarükünün sutkada 410 min barel artaraq 37,51 mln. barelə çatacağını proqnozlaşdırır.

EIA-dan Trend a bildiriblər ki, 2008 - ci ilin ikinci rübündə OPEK-in neft tədarükü birinci rübün sutkada 32,2 mln. barelinə nisbətdə 32,3 mln. barel təşkil edib.

EIA Səudiyyə Ərəbistanının iyulda neft hasilatını sutkada 9,7 mln. barelə çatdıracağına dair bəyanatını nəzərə alaraq, üçüncü rübdə OPEK-in orta neft hasilatı həcminin sutkada 32,7 mln. barel təşkil edəcəyini proqnozlaşdırır.

OPEK-ə daxil olmayan ölkələrin neft tədarükünün həcmi 2008 -ci ildə sutkada 49,38 mln. barel təşkil edəcək. Bu göstərici 2007-ci ildə sutkada 49,14 mln. barelə bərabər olub. 2009 - cu ildə OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü 830 min barel artaraq, sutkada 50,21 barelə çatacaq.

Proqnozlara əsasən, 2008 -ci ildə Azərbaycanın neft tədarükü sutkada 0,96 mln. barel olacaq. 2009 -cu ildə ölkə neft tədarükünü sutkada 0,24 mln. barel artıraraq 1,2 mln. barelə çatdıracaq.

Qazaxıstanın neft tədarükü həcmi 2009 -cu ildə 1,63 mln. barel təşkil edəcək ki, bu göstərici 2008 -ci ildə sutkada 1,49 mln. barelə bərabər olacaq.

Türkmənistan 2009 - cu ildə neft tədarükünü cüzi miqdarda - sutkada 0,2 mln. barelədək artıracaq. Bu göstərici 2008 -ci ildə sutkada 0,19 mln. barel təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti