Azərbaycan, Bakı, 17 iyul/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan hökuməti Aİ-də iyulun 1-dən ilin sonunadək sədrlik edən Fransaya, Aİ üzv dövlətlərini Azərbaycanın enerji layihələrini dəstəkləməyə çağırması barədə xahişlə müraciət edib, - cümə axşamı Bakıda mətbuat konfransında Faransanın Azərbaycandakı səfiri Qabriel Keller deyib.
"Bu məsələ üzrə Fransa-Azərbaycan və Aİ-Azərbaycan ikitərəfli və çoxtərəfli danışıqları davam edir. Ləngimənin yeganə səbəbi Aİ-yə 27 dövlət daxil olduğundan, onların hamısının razılığının alınması ilə bağlıdır", - Keller deyib.
"Fransa Avropa İttifaqının sədri kimi, Azərbaycana Aİ-nin enerji təhlükəsizliyini təmin edən ölkə kimi baxır", - səfir bildirib. Onun sözlərinə görə, Fransa fransız şirkətlərinin maraqlı olduğu "Nabukko"nəqliyyat layihəsini də dəstəkləyir.