...

Azərbaycan Dövlət Neft Şirkəti Naxçıvanda yeraltı qaz anbarının yaradılması üzrə tədqiqatlara başlayıb

Energetika Materials 17 İyul 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul/ Trend / Azərbaycan Dövlət Neft Şirkəti Naxçıvan Muxtar Respublikası ərzisində yeraltı qaz anbarının yaradılması üzrə tədqiqatlara başlayıb. Bu barədə ARDNŞ-nin cümə axşamı yayılan məlumatında deyilir.

"Qobustan" Qazma İşləri İdarəsi yaxın vaxtlarda 1400 metr dərinlikli quyunun qazılmasına başlayacaq. Quyunun qazılmasında məqsəd qazma nöqtəsində süxur strukturunun öyrənilməsindən ibarətdir. Quyuların qazılması zamanı əldə edilən nəticələrdən qaz infrastrukturu və müvafiq infrastrukturun yaradılmasına kompleks yanaşma həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir. NMR-ə qaz tədarükü İran ərazisi vasitəsilə həyata keçirilir. Lakin abunəçilər və NMR-dəki modul elektrik stansiyasının qazla etibarlı təminatı üçün qaz anbarının tikintisi zəruridir. Onun yaradılması təşəbbüsü Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti