...

Mərkəzi Asiyanın enerji şirkətləri regiona elektrik enerjisi ötürülməsinin yaxşılaşdırılması üsullarını hazırlayırlar

Energetika Materials 30 İyul 2008 11:49 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 iyul / Trend , müxbir K.Konırova/ İyulun 30-31-də Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın enerji şirkətlərinin nümayəndələri elektrik enerjisi verilişinin regional modelini müzakirə etmək məqsədi ilə Almatada toplaşıblar. Bu barədə USAID-in regional nümayəndəliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

"Görüş USAID-in region üzrə elektrik enerjisi axınının planlaşdırılması və yaxşılaşdırılması üçün ABŞ Energetika Assosiasiyasının həyata keçirdiyi enerji verilişinin regional şəbəkə modelinin yaradılması Layihəsi (CARTRANS) tərəfindən təşkil olunub", - deyə yayılan press-relizdə bildirilir.

Məlumatda vurğulanır ki, USAID-in dəstəyi ilə hazırlanan Mərkəzi Asiyanın yüksək voltlu şəbəkəsinin kompyuter modelinin yaradılması region ölkələrinə iştirakçı dövlətlər arasında elektrik enerjisi axınının daha səmərəli şəkildə planlaşdırılması və idarə olunmasına imkan verəcək. Modelin işə salınması 2008-ci ilin oktyabr ayına planlaşdırılıb.

Mərkəzi Asiya elektrik verilişi sistemi Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan, həmçinin Qazaxıstanın cənub milli enerji sistemlərini özündə birləşdirir. Sovet dönəmindən quraşdırılan bu sistem ölkələrin bir-birindən asılılığını nəzərdə tutur və enerji axınının birgə planlaşdırılmasını tələb edir.

"Regional enerji şəbəkəsinin birgə modeli sistemin hər bir sektorunda elektrik enerjisi verilişinin gücü barədə informasiya verəcək. Bu, milli planlaşdırma təşkilatlarına tədarük olunan enerji miqdarını optimallaşdırmaq və xüsusilə də Qazaxıstan, Qırğızıstan və Tacikistanda elektrik kəsilmələrinin sayının azaldılmasına imkan verəcək" - deyə USAID-in energetika sahəsi üzrə mütəxəssisi Sergey Yelkin bildirib.

Press-relizdə bildirilir ki, elektrik enerjisi verilişinin planlaşdırılması üzrə oxşar regional model USAID-in yardımı ilə artıq Qara dəniz regionunda (Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Türkiyə və Ukrayna üçün) yaradılıb.

"Bu model iştirakçı ölkələrə enerji sistemində prioritet investisiyaları müəyyən etməyə yardım edir. Misal üçün, Gürcüstan elektrik enerjisi artığının Azərbaycandan Türkiyəyə tranziti üçün enerjinin ötürülməsi üzrə xətlər şəbəkəsini genişləndirməyi planlaşdırır. Şəbəkənin genişləndirilməsi Gürcüstan üçün yeni gəlir mənbələri yaradacaq və ona ölkədə elektrik enerjisi çatışmadığı zaman enerji əldə etməyə imkan verəcək", - deyə USAID-in layihə rəhbəri Vill Polen bildirib.  

CARTRANS USAID-in Mərkəzi Asiyada həyata keçirdiyi bir çox layihələrdən biridir. Bu Amerika xalqının yardımı sayəsində mümkün olub. 1992-ci ildən Amerika xalqı regionda demokratik institutlar, səhiyyə, təhsil və iqtisadiyyatın inkişafı proqramına USAID vasitəsilə 1,5 mlrd. dollardan çox vəsait ayırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti