...

"Nabukko" qaz kəməri Avropa energetikası üçün vacibdir – ABŞ senatoru (video)

Energetika Materials 25 Avqust 2008 17:39 (UTC +04:00)
"Nabukko" qaz kəməri Avropa energetikası üçün vacibdir – ABŞ senatoru (video)

Azərbaycan, Bakı, 25 avqust/ Trend Cap , müxbir V.Şərifov/ ABŞ -ın rəsmi nümayəndəsi bazar ertəsi Bakıda Mərkəzi Asiya və Azərbaycandan Avropaya qaz nəqli üçün nəzərdə tutulan "Nabukko" qaz kəmərinin tikinti layihəsinin perpsektivlərini müzakirə edib.

"Biz "Nabukko" layihəsini müzakirə etdik, BP-nin nümayəndələri ilə görüşdük", - ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Riçard Luqar bazar ertəsi mətbuat konfransında bildiirb. O, danışıqların təfərrüatını açıqlamayıb.

Onun sözlərinə görə, ABŞ 2013 - cü ildə istismara veriləcək və Avstriyayadək çəkiləcək "Nabukko" qaz kəməri üçün əsas tranzit ölkə olan Türkiyə ilə danışıqları davam etdirir.

"Çox sayda problemləri müzakirə etmək lazımdır [boru kəmərinin iş prinsipləri haqqında]. Bura şimal ölkələrinə [Avropanın] hansı həcmdə qazın veriləcəyi də daxildir", - senator bildirib.

ABŞ, öz növbəsində, vurğulayıb ki, "Nabukko"nu cəlbedici layihə hesab edir və bu məsələni Macarıstan, Rumıniya, Ukrayna ilə müzakirə edəcək.

""Nabukko" Avropa energetikası üçün çox vacibdir", - Luqar bildirib.

Luqar elan edib ki, "Rusiyanın Gürcüstana müdaxiləsindən sonra" o, "Transatlantik Alyansın enerji təhlükəsizliyinin", layihələndirilən "Nabukko" qaz kəməri də daxil olmaqla, yeni boru kəmərlərinin çəkilməsi məsələlərinin müzakirəsi üçün doqquz ölkəyə səfər edəcək,- RİA N Novosti Agentliyi bir müddət əvvəl xəbər verib.

İki həftə ərzində Luqar Fransa, Gürcüstan, Azərbaycan, Türkiyə, Rumıniya, Macarıstan, Ukrayna, Almaniya və Belçikaya səfər edəcək. Bakıya səfəri başa çatdıqdan sonra, Senat Komitəsinin sədr müavini Türkiyə hökuməti rəhbərləri ilə danışıqlar aparmaq üçün avqustun 26 - da Ankaraya gələcək. Amerikalı senator avqustun 27-dən 29-dək əvvəlcə Rumıniyanın paytaxtı Buxarestə, sonra isə Macarıstanın paytaxtı Budapeştə gedərək, layihələndirilən yeni "Nabukko" qaz kəmərinin marşrutu ilə hərəkət edəcək. Luqar avqustun 30 -31- də təhlükəsizlik və energetika məsələləri üzrə Ukrayna rəhbərliyi ilə danışıqlar aparacaq, Kiyevdən sonra Berlinə yola düşəcək. O, sentyabrın 1- 2- də Berlində Almaniyanın rəsmi şəxsləri ilə eyni mövzuları müzakirə edəcək. Sentaybrın 3 - 4 - də Luqar Brüsseldə"Gürcüstan, energetika, Atlantika alyansı, iqlimin dəyişməsi və genetik dəyişdirilmiş toxumlar" kimi mövzuların müzakirəsi üçün NATO və Aİ-nin rəsmi şəxsləri ilə görüşlər keçirəcək, -Vaşinqtonun yaydığı bəyanatda bildirilir.

"Nabukko" qaz kəməri layihəsinin idarəsi üçün yaradılmış Nabucco Gas Pipeline International şirkəti bəyan edir ki, bazar tədqiqatları boru kəmərinə "böyük tələbatın" olduğunu göstərir. Nabucco Gas Pipeline International-ın idarəçi direktoru Reynhard Mitçek Nefte Compass-a müsahibəsində bildirib ki, dəyəri $11.6 mlrd. olan "Nabukko" layihəsi Konsorsiumunun iştirakçıları, əvvəllər planlaşdırıldığı kimi, "borunun tikintisinə 2010 - cu ildə başlamaq istəyirlər".

İyulda başa çatmış bazar tədqiqatları göstərir ki, potensial yükgöndərənlər "Nabukko" qaz kəmərinin 2013-cü ildə 8 mlrd. kubmetrə bərabər olacaq və 2018-2019-cu illərə 31 mlrd. kubmetrədək artırılacaq ötürmə qabiliyyətinin 100 faizindən çox hissəsini almaq istəyirlər. Mitçekin sözlərinə görə, yükgöndərənlərin boru kəmərinə marağı ildə 65 mlrd. kubmetr qaza çata bilər, lakin konsorsium "Nabukko"nu ildə 31 mlrd. kubmetrdən güclü tikmək barədə "hələ düşünmür".

Tədqiqatlar Avropada "Nabukko"yadək çox ehtimal ki Gürcüstan ərazisi ilə çatdırılacaq Azərbaycan, türkmən və İraq qazına, həmçinin İran qazına böyük tələbatın olduğunu göstərir.

"Bazar tədqiqatında 50-dən çox şirkət sorğu edilib və təxminən 20 şirkət müsbət reaksiya göstərib", - Mitçek bildirib və əlavə edib ki, "Nabukko"nun iştirakçıları - OMV, MOL, Bulgargaz, Transgaz, Botas və RWE də 20 şirkətin arasında olub.

2007-ci ildə Aİ-nin 27 ölkəsi arasında qaza tələbat 500 mlrd. kubmetr təşkil edib. Bu həcmdən 300 mlrd. kubmetr idxal olunub, 200 mlrd. kubmetr isə Avropanın özündə hasil edilib. Növbəti 10-15 il ərzində Avropada qaz istehlakı həcmi 700 mlrd. kubmetrədək artacaq, istehsal isə 100 mld. kubmetrədək azalacaq

Xəbər lenti

Xəbər lenti