...

Bakıda Azərbaycan və Türkmənistanın neft-qaz potensialı üzrə konfrans keçiriləcək

Energetika Materials 1 Sentyabr 2008 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr/ Trend / Sentyabrın 9 -10 - da Bakıda keçiriləcək "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlıq strategiyası" beynəlxalq konfransında Azərbaycan və Türkmənistanın neft və qaz ehtiyatlarının qiymətləndirilməsi keçiriləcək.

Konfransda dünya energetikası inkişafının qlobal tendensiyaları, karbohidrogen ehtiyatlarının mənimsənilməsinin problem və perspektivləri, neft - qaz kompleksləri, beynəlxalq və regional investisiya layihələri, ekologiya, elm və təhsilin inkişafında regional əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Konfransın işində Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan, Türkmənistan, Türkiyənin energetika idarələrinin rəhbərləri, həmçinin, BP, Eni, "Şevron, "Şell", "Şlyumberje", "Özbəkneftqaz", "Türkmənqaz", "Total", "Transneft", "LUKoyl", "Konoko Filips", "KazMunayQaz", "Qaz de Frans", "Qazprom", "Bulqarqaz Holdinq", "Azfen" kimi iri şirkətlərin nümayəndəliklərinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti