...

"Kaşaqan" neft yatağından ilk neftin hasilat müddəti yenə təxirə salınıb

Energetika Materials 4 Sentyabr 2008 09:50 (UTC +04:00)
"Kaşaqan" neft yatağından ilk neftin hasilat müddəti yenə təxirə salınıb

Qazaxıstan, Astana. 4 sentyabr / Trend , müxbir K.Konırova/ Qazaxıstanın "Kaşaqan" iri neft yatağından ilk neftin hasilat müddəti 2014-cü ilə keçirilib. Bu barədə cümə axşamı Astanada yüksək vəzifəli hökümət məmuru bildirib.

İlk öncə bildirilmişdir ki, Qazaxıstan höküməti və "Kaşaqan" layihəsi üzrə xarici tərəfdaşlar yatağın 2013-ci ildən işlənməsi barədə birgə qərar əldə ediblər. "Kaşaqan" üzrə konsorsiumun bəzi xarici üzvləri həmçinin Bakı-Tiflis-Ceyhan ixrac neft kəməri layihəsinin iştirakçılarıdır. Bu onlara 2014-cü ildən etibarən öz neftinin bir hissəsini 50 mln. ton buraxılış gücünə malik olan bu kəmərlə ixrac etmək imkanını verir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - capital

Xəbər lenti

Xəbər lenti