...

Azneftkimyamaş istehsalı artırıb

Energetika Materials 5 Sentyabr 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , S.Babayeva/Yanvar-iyunda Azneftkimyamaş ASC istehsalı 38,7 faiz artırıb, - cümə günü ASC-nin baş iqtisadçısı Nəriman Böyükkişi deyib. O, artımı müəssisələrdə istehsalın güclənməsi il əlaqələndirib.

Onun sözlərinə görə, səkkiz ay ərzində 25,5 mln. manat məbləğində neft sənayesi, geoloji-kəşfiyyat avadanlığı və onların alət və ehtiyat hissələri istehsal edilib.

Bu müddət ərzində Zabrat maşınqayırma zavodu 4,1 mln. manat, Suraxanı maşınqayırma zavodu 3,5 mln. manat, "Bakı fəhləsi"zavodu 3 mln. manat, Sabunçu EİB 2,3 mln. manat, Bakı neft sənayesi maşınqayırma zavodu 3 mln. manat, Sərdarov adına zavod  1,7 mln. manat, Bakı maşınqayırma zavodu 1,7 mln. manat, Səttərxan adına zavod 2 mln. manatlıq məhsul istehsal edib.

2008-ci ildə təşkilat istehsalı 33,5 mln. manat məbləğində pronozlaşdırır.

Azneftkimyamaş ASC Azneftkimyamaş DŞ-nin bazasında respublika prezidentinin 22 mart 2001-ci il tarixli fərmanına əsasən yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, dörd elmi-tədqiqat və layihə-tikinti institutu daxildir.

Xəbər lenti

Xəbər lenti