Qazaxıstan, Astana, 11 sentyabr/ Trend , müxbir K.Konırova/ Çexiya Azərbaycan və Qazaxıstandan neft idxalında maraqlıdır, bu ölkənin sənye və ticarət nazirinin müavini Milan Qovorka Astanada brifinqdə bəyan edib.
"Çexiya Rusiyadan neft idxalından asılıdır. Bizim ölkəmiz Aİ-nin enerji daşıyıcılarının diversifikasiyası siyasəti çərçivəsində alternativ mənbələr axtarır və biz Azərbaycanda və Qazaxıstanda böyük ümidverici perspektivlər olduğunu görürük", - o, iqtisadi, sənaye və elmi-texniki əməkdaşlıq üzrə Qazaxıstan-Çexiya hökumətlərarası komissiyasının ikinci iclasının yekunları üzrə keçirilən brifinqdə bildirib.
Qovorkanın sözlərinə görə, bu gün Çexiya və Qazaxıstan arasında mal dövriyyəsi $330 mln.-a bərabərdir. Bunun $140 mln.-u Çexiyanın ixracı, qalan $190 mln.-u isə Qazaxıstandan idxalın payına düşür ki, idxalın da böyük hissəsini neft təşkil edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]