...

SOCAR şirkəti Azərbaycan neftinin ixracını artırıb

Energetika Materials 6 Oktyabr 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend / SOCAR (Azərbaycanın Dövlət Neft Şirkəti) 2008 - ci ilin yanvar - sentyabrında Bakı - Tbilisi - Ceyhan boru kəməri ilə təxminən 16,1 mln. ton neft ixrac edib. Ötən ilin analoji dövründə bu rəqəm təxminən 4,7 mln. ton olub, - şirkətin məlumatında bildirilir.

SOCAR 2006 - cı ildə Bakı - Tbilisi - Ceyhan boru kəməri marşrutu ilə 1 mln. 403 min tondan çox neft ixrac edib.

Yanvar - sentyabrında Bakı - Supsa boru kəməri ilə təxminən 77 min ton neft ixrac edilib. Ötən ilin analoji dövründə boru kəmərində təmir işləri ilə əlaqədar bu marşrutla neftin ixracı həyata keçirilməyib.

Yanvar - sentyabrda dəmir yolu ilə Gürcüstanın Batumi Qara dəniz limanı istiqamətində bu göstərici, ötən ilin analoji dövrünün təxminən 221,3 min ton göstəricisinə qarşı,  təxminən 326 min ton neftə bərabər olub.

Xəbər lenti

Xəbər lenti