...

SOCAR sentyabrda Gürcüstana 42,3 milyon kubmetr qaz tədarük edib

Energetika Materials 7 Oktyabr 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend / SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) aprel-sentyabrda Gürcüstana 209,24 mln. kubmetr qaz ixrac edib. Bu barədə SOCAR-dan məlumat verilib. Sentyabrda ixrac həcmi təqribən 42,3 mln. kubmetr təşkil edib. Gürcüstana qaz tədarükü aprel ayından başlanıb.

Gürcüstana sutkada 1,2-1,5 mln. kubmetr qaz tədarük olunur. SOCAR işlətdiyi yataqlardan hasil etdiyi şəxsi qaza malikdir.

SOCAR may ayında şəxsi təbii qazının 30 mln. kubmetrini İrana ixrac edib. Bu ixrac əməliyyatları "Azəriqaz" QSC-nin boru kəmərləri ilə həyata keçirilir. İran İslam Respublikasına xammalın min kubmetri $300 qiymətinə tədarük olunur.

Azərbaycan və İranı 1474,5 km uzunluğunda Qazıməhəmməd-Astara-Bind-Biand qaz kəməri bağlayır. Onun Azərbaycan ərazisindən keçən hissəsinin uzunluğu 296,5 kilometrdir. Onun nəql gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilmiş Qazax-Astara-İran boru kəmərinin bir qoludur. Onun trassında ї Qazıməhəmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqli sistemi 55 atm. təzyiqə hesablanıb. Boru kəmərinin diametri 1200 mm. təşkil edir.

Xəbər lenti

Xəbər lenti