...

"Azərikimya"da ağacəkmə və yaşıllaşdırma aylığı xalqımızın ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsinə ehtiram əlaməti olaraq elan edilib

Energetika Materials 10 Oktyabr 2008 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/ Trend / Şirkətin əmək kollektivi hələ keçən ilin sonlarında Heydər Əliyev Fondunun "Hərəyə bir ağac əkək" təşəbbüsünə böyük həvəslə qoşularaq, Sumqayıt şəhərində neft-kimya zavodlarının ərazisində və zavodətrafı sahələrdə ağacların əkilməsini və bu ərazilərin büsbütün yaşıllaşdırılmasını günün ən vacib məsələsi kimi ön plana çəkib, payız - yaz mövsümündə 21700 həmişəyaşıl ağac əkib, zavodətrafı ərazilərdə 70 hektardan artıq sahəni abadlaşdıraraq yaşıl zonaya çevirib, - "Azərkimya"Dövlət Şirkətinin mətbuat xidmətinin məlumatında deyilir.

Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə hakimiyyətdə olduğu illərdə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən kimya sənayesinin sürətli inkişafının təmin edilməsi ilə yanaşı, əhalinin sağlamlığı qayğısına qalaraq, ətraf mühitin ekoloji təmizliyinin qorunmasına da xüsusi diqqət yetirib.
Azərbaycanın iqtisadi - siyasi qüdrətinin artırılması üçün bütün ömrü boyu var qüvvəsi, əzmi, iradəsi ilə çalışan, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrini əsas tutan rəhbərimiz, eyni zamanda xalqımızın sosial şəraitini, yaşayış səviyyəsini daha da yaxşılaşdırmağı özünün həyat amalına çevirmişdi. Ulu öndər yaşıllığın insan həyatında rolunu həmişə yüksək dəyərləndirir, ölkədə yeni bağlar və parklar salınmasına xüsusi əhəmiyyət verib.

"Azərikimya" Dövlət Şirkətinin kimyaçıları ulu öndərin bu tövsiyələrini rəhbər tutaraq, Sumqayıtda ekoloji tarazlığın təmin olunmasında əhəmiyyətli rol oynayan yaşıl ərazilərin genişləndirilməsi istiqamətində,  zavodətrafı sahələri yaşıllıqlara çeviriblər.
Əgər əvvəllər kimya müəssisələrinin ərazisində cəmi 20 min ağac yetişdirilibsə, Milli Məclisin deputatı Məcid Kərimov "Azərikimya" Dövlət Şirkətinə prezident təyin olunduqdan ötən son 2 il ərzində 21 minə qədər ağac əkilmişdir. Bununla da şirkətin rəhbəri özünün seçicilərinə verdiyi vədi - seçkiqabağı platformasında göstərildiyi kimi, yaşıllaşdırma işlərini "Sumqayıtı yaşıl şəhərə çevirək!" devizi altında uğurla yerinə yetirir.
Bütün ərazilərdə yalnız həmişəyaşıl ağaclar, Eldar şamı və zeytun əkilir;bu ağaclar həm iqlim şıltaqlığına - kəskin istilərə və şaxtaya, sərt küləyə davam gətirə bilir. Sumqayıt şəraiti üçün bu ağacları daha əhəmiyyətli edən, həm də onların susuzluğa dözümlü və toz udumunun yüksək olmasıdır.
Kimyaçılar oktyabr ayını ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq, ağac əkmək və yaşıllaşdırmaq aylığı elan etmiş və ərazilərə yeni şam və zeytun ağacları əkməyə başlamışlar. İlin sonunadək 10 mindən çox ağac əkilməsi planlaşdırılıb.
Bu, Azərbaycanda yaxın dövrdə yaradılacaq yeni neft - kimya kompleksinin yerləşəcəyi ərazinin ekoloji baxımdan daha təmiz olması istiqamətində şirkətin əvvəlcədən gördüyü tədbirlərdən biridir.    

Xəbər lenti

Xəbər lenti