Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbir E.İsmayılov/"Lukoyl"şirkəti "Yalama"perspektivli dəniz karbohidrigen strukturunda kəşfiyyat xarakterli ikinci quyunun qazılması işlərinə noyabrda başlaya bilər, - cümə günü SOCAR - dakı layihəyə yaxın mənbə bildirib.
"Biz sonuncu dəfə layihəni ümumilikdə müzakirə edəcəyik. Buna az vaxt lazım olacaq. Ona görə də qazma işləri vaxtında (noyabrda) başlamalıdır", - mənbə deyib.
Qazma işlərini "Overseas Operating Company Ltd." şirkəti ("Yalama" layihəsinin operatoru) həyata keçirəcək. İkinci kəşfiyyat quyusunun dərinliyi təqribən 2650 metrdir. O, birinci quyunun 22 km - də suyun 690 metr dərinliyində qazılacaq.
Quyunun qazılması Danimarkanın Maersk şirkətinə məxsus Heydər Əliyev adına qazma qurğusu vasitəsilə həyata keçiriləcək. Qurğu suyun 1000 metr qalınlığında və 9 min metr dərinliyində quyuların qazılması üçün nəzərdə tutulub. Xəzər Dənizinin dərinliyi, orta hesabla, 1025 metr təşkil edir , bu da o deməkdir ki, qurğu dənizin bütün akvatoriyasında işləyə bilər.
Son vaxtlaradək bu layihənin iştirakçıları SOCAR (20 faiz) və "Lukoyl"şirkəti (80 faiz) olub, lakin cari ilin sentyabrında "Lukoyl"şirkəti layihədəki iştirak payının 15 faizini Fransanın Neft Şirkəti Gaz de France-a satıb.
LUKOYL "Yalama"da ilk quyunu 2005 - ci ildə qazıb. Quyunun dərinliyi 4400 m, layihə dərinliyi 4500 m təşkil edib. Qazma zamanı şirkət üçün kommersiya maraqları kəsb etməyən cüzi həcmdə karbohidrogen aşkar olunub.
Yalama" (D - 222 bloku) strukturunun işlənməsi üzrə müqavilə 1997- ci il iyulun 3 - də imzalanıb.
D - 222 bloku "Yalama" strukturunun bir hissəsidir və sahildən 30 km məsafədə, 80 metrdən 70 metr dərinliyinə qədər Xəzərin Azərbaycan və Rusiya sektorlarında bərabər hissələrlə yerləşir.
2003 - cü ildə D - 222 blokunda kəşfiyyat işlərinin aparılması və blokun işlənməsinə dair əlavə şərtlərlə bağlı razılaşma zərfi imzalanıb, müqavilə "LUKOYL"un layihədə payının 80%-ə qədər artırılması və müqavilə sahəsinin 3 min kv.km - dək genişləndirilməsini nəzərdə tutur. 2006 - cı ildə kəşfiyyat dövrü 2009 - cu il, noyabrın 1 - dək uzadıdıb.