Azərbaycan, Bakı, 13 oktyabr / Trend Amerikanın "Devon Energy" enerji şirkətinin prezidenti hazırkı kredit məhdudiyyətlərinin neft - qaz sahəsində pul vəsaiti çatışmazlığı hiss edən bir sıra orta oyunçuları, öz əməliyyatlarını maliyyələşdirmək məqsədi ilə, birləşməyə məcbur edəcəyini gözləyir. Bu barədə "Energy Intelligence Group" yazır.
"Siz orta qrup və şirkətlər arasında xeyli birləşmələr görəcəksiniz, onlar üçün həcm etibarı ilə və miqyasca böyük olmaq sərfəli olacaq", - deyə "Devon Energy"nin prezidenti Con Riçelz (John Richels) San - Fransiskoda keçirilən neft - qaz sərmayələri simpoziumunda bildirib.
O bildrib ki, bir çox insanlar yüksək perspektivli aktivlərini birləşdircək, onları inkişaf etdirmək imkanları isə, məhdud olacaq. Riçelzin sözlərinə görə, bir neçə il ərzində birləşmə ehtimalı əvvəlkinə nisbətən çox olacaq.