...

2008 - ci ildə Azərbaycanın neft ixracından gələn gəlirləri $25 milyard təşkil edə bilər – "BP Global"ın icraçı direktoru

Energetika Materials 17 Oktyabr 2008 16:07 (UTC +04:00)
2008 - ci ildə Azərbaycanın neft ixracından gələn gəlirləri $25 milyard təşkil edə bilər – "BP Global"ın icraçı direktoru

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Dünya bazarlarında neftin bir barelinin qiymətinin 100 dollar olduğu vaxtda 2008 -ci ildə Azərbaycanın neft ixracından gələn gəlirləri 25 milyard dollar təşkil edəcək. Bu barədə "BP Global"ın kəşfiyyat və hasilat üzrə icraçı direktoru Endi İnglis (Andy Inglis) bildirib. Onun bu barədə söhbəti BP-nin rəsmi saytında yerləşdirilib.

İnglis bildirib ki, BP və onun "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqlarının işlənməsi və Bakı -Tbilisi- Ceyhan (BTC) neft kəməri layihəsi üzrə tərəfdaşlarının ümumi sərmayələri 28 mlrd.dollar həcmində qiymətləndrilir.

İllik gücü 50 mln. ton neft olan BTC neft kəmərinin ümumi uzunluğu 1768 km -dır.

Boru kəmərinin tikintisinə 2003 - cü ilin aprelində, neft ilə doldurulmasına isə, 2005 - ci ilin mayında başlanıb. BTC -nin tikintisi 4 mlrd. dollara başa gəlib. "BTC Co"nun səhmdarları: BP (30,1 faiz); "AzBTC" (25 faiz); "Chevron" (8,9 faiz); "StatoilHydro" (8,71 faiz); "TRAO" (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,5 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Hess" (2,36 faiz).

Azəri" - "Çıraq" - "Günəşli" layihəsi üzrəbirgə işləmə və hasilatın pay bölgüsü barədə razılıq 1994 - cü ilin sentyabrında imzalanıb. Müqavilənin fəaliyyət müddəti 30 ildir. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri" də 2005 - ci ilin əvvəlində, "Qərbi Azəri" də 2006 - cı ilin əvvəlində, "Şərqi Azəri" də isə, 2006-cı ilin sonunda başlanıb.aprelayının sonunda "Günəşli" yatağının dərin su hissələrində hasilata başlanıb. AÇG layihəsi üzrə tərəfdaşlar: BP (operator- 34,1%), ChevronTexaco (10, 2%), SOCAR (10%), İNPEX (10%), Statoil (8,6%), ExxonMobil (8 %), TRAO (6,8 %), Devon (5,6 %), ITOCHU (3,9 %), Hess (2,7%).

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996 - cı il iyunun 4 - də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz. Yataqda qaz hasilatına 2006 - cı ilin dekabrında başlanıb. Hazırda qaz Cənub Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir. Yatağın işlənmə layihəsi üzrə birinci mərhələ çərçivəsində ildə 8,6 mlrd. kub metr qaz hasilatı nəzərdə tutulur. Bu həcmlər Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. Reallaşdırılmasına 2012 - ci ildən sonra başlanacaq ikinci mərhələ çərçivəsində hasilat 20 mlrd. kubmetrədək artırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti