...

SOCAR Gürcüstanda neft bazasının tikintisi çərçivəsində tender elan edir

Energetika Materials 27 Oktyabr 2008 22:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend müxbir E.İsmayılov/ Dekabrın əvvəlində Gürcüstanda SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) şəffaf neft məhsulları və mayeləşdirilmiş qazının saxlanılması üçün yeni neft bazasının tikintisi başlayacaq, SOCAR Georgia-dan bazar ertəsi bildiriblər.

"Noyabrın 15-də bünövrənin qoyulması və yeni neft bazasının tikintisinə tender elan etməyi planlaşdırırıq", - şirkətdəki mənbə bildirib. Hazırda neft bazasının tikiləcəyi meydançada torpaq və təmizləmə işləri aparılır. Yeni neft bazasının tikintisi layihəsi üç min ton tutumu olan bitum quyusunun tikintisini nəzərdə tutur.

Neft bazasının tikintisi layihəsi 15 mln. dollar qiymətləndirilir, mənbə bildirib. Şirkət bu bazanı gələn ilin sonunadək tikmək niyyətindədir.

Neft bazası Tbilisi beynəlxalq hava limanı yaxınlığında, Kiziki küçəsində tikiləcək. Tikinti işlərinin həyata keçirilməsi üçün ötən il şirkət təxminən $3 mln.-a beş ha torpaq sahəsi alıb. Neft bazasında ümumi tutumu 20,5 min ton olan 24 çən yerləşdiriləcək. Mayeləşdirilmiş qazın saxlanılması üçün ümumi həcmi 1200 kubmetr olan dörd çən (hər biri 300 min kubmetr) yerləşdiriləcək. Bu bazada benzinin müxtəlif növləri, kerosin, bitum, mayeləşdirilmiş qaz və mazut saxlanılacaq. Bütün bu məhsullar Gürcüstan bazarında realizə olunacaq.

SOCAR Georgia-nın həmtəsisçiləri - SOCAR - 51 faiz, Petro Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti