...

"SOCAR Georgia" Batumi və Kabuletinin qaz ilə təminatını 2009 - cu ildə başa çatdıracaq

Energetika Materials 31 Oktyabr 2008 17:22 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "SOCAR Georgia" şirkəti bir həftədən sonra Acariya Kabuleti rayonunun iki minə yaxın sakinini qaz ilə təmin edəcək. Batumi və Kabuletinin qaz ilə təminatı 2009 - cu ildə başa çatacaq.

Acariyanın hökumət sədri Levan Varşalomidze və "SOCAR Georgia"nın Baş direktoru Mahir Məmmədov cümə günü Kabuletidə aparılan işlərlə tanış olublar.

Qazın çəkilməsi üçün çoxgirişli evlərin sakinləri 200 lari, şəxsi ev sakinləri 300 lari ödəyirlər.

Kabuletinin dörd məhəlləsində eyni zamanda iş aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti