...

Azərbaycan proqnozlaşdırılan neft və qaz həcmlərini açıqlayıb

Energetika Materials 3 Noyabr 2008 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend / 2009- 2012 - ci illərdə Azərbaycandan 219,3 mln. ton neft ixrac olunacaq. Bu barədə ölkənin dövlət büdcəsinin növbəti illər üçün nəzərdə tutulan proqnozunda bildirilir. Neft ixracının ümmi həcminin təqribən 214,2 mln. tonu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) tərəfdaşları, təqribən 5,1 mln. tonu isə, SOCAR (Azərbaycan Dövlət Neft Şirəkti) tərəfindən ixrac olunacaq.

2008 -ci ildə respublikadan 43 mln. ton neftin ixrac olunması planlaşdrılır. Bu həcmin 42 mln. tonu ABƏŞ, bir mln. tonu SOCAR-ın payına düşəcək.

2009 - 2012 - ci illər ərzində Azərbaycanın "Şahdəniz" yatağından qaz ixracı təqribən 28 mlrd. kubmetr təşkil edəcək.

2008 - ci ildə "Şahdəniz" yatağından təqribən 4,6 mlrd. kubmetr qaz ixrac ediləcək.

"Şahdəniz" yatağından kondensat da hasil edilr və o, Bakı -Tbilisi - Ceyhan neft kəməri ilə ixrac olunur. 2009 - 2012 - ci illərdə yataqdan 9,1 mlrd. kubmetr kondensat ixrac olunacaq.

  Ölçü vahidi 2008-ci il 2009-cu il 2010-cu il 2011-ci il 2012-ci il
Xam neft ixracı min. ton 43055 54421 56759 56211 51965
ABƏŞ min. ton 42055 53151 55479 54931 50685
SOCAR min. ton 1000 1270 1280 1280 1280
Qaz ixracı ("Şahdəniz" yatağından) mln. kubmetr 4574 6791 6893 7093 7093
Kondensat ixracı mln. kubmetr 2079 2200 2300 2300 2300
Xəbər lenti

Xəbər lenti