Azərbaycan, Bakı, 04 noyabr/ Trend / Cari ilin yanvar - oktyabrında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Bakı - Novorossiysk şimal boru kəməri marşrutu üzrə 1,031 mln. ton neft ixrac edib. Bu göstərici ötən ilin analoji dövründə 987 min tona bərabər olub. Bu barədə şirkətin məlumatında bildirilir.
2008 - ci lin oktyabrında Bakı -Novorossiysk boru kəməri ilə 83,7 min ton neft ixrac olunub ki, bu göstərici ötən ilin analoji dövründə 85,6 min tona bərabər olub.
Bakı -Novorossiysk boru kəməri ilə SOCAR-ın şəxsi yataqlarından müstəqil hasil etdiyi neft, Azərbaycanın quru ərazilərində fəaliyyət göstərən birgə müəssisələr, əməliyyat şirkətlərinin nefti ixrac olunur.
Cari ilin avqustunda Bakı -Tbilisi - Ceyhan boru kəməri ilə neft nəqlinin dayandırılması və gürcü -osetin münaqişəsi ilə əlaqədar, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin "Azəri - Çıraq -Günəşli" yataqları blokundan hasil etdiyi neft bu marşrut üzrə ixrac olnub.
Bakı-Novorossiyk boru kəmərinin operatoru SOCAR şirkətidir.