Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir S.Əliyev/ Çərşənbə günü Bakıda "Xəzərneftqazyataqları - 2008 " beynəlxalq elmi - praktik konfransı öz işinə başlayıb.
Noyabrın 6 - dək davam edəcək bu konfrans zamanı neft - qaz yataqlarının işlənməsində yeni texnologiyalar, neft - qaz hasilatının səmərəliliyinin artırılmasında nanotexnologiyaların tətbiq edilməsi məsələlərinin müzakirə olunması planlaşdırılır.
Konfrans zamanı Azərbaycanda neft və qaz ehtiyatlarının qiymətləndirilməsi, Xəzərdə perspektivli strukturların işlənməsi və yataqların etibarlı iş ilə təmin edilməsi barədə məruzələr təqdim olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı - capital