...

Azərbaycan neftinin qiyməti: 3-7 noyabr həftəsinin yekunları

Energetika Materials 10 Noyabr 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir A.Bədəlova/ 3 - 7 noyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $62,34/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,12/barr azdır.

Həftə ərzində AZERI LT neftinin maksimal qiyməti $66,5/barr, minimal qiyməti $58,77/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

3-7 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $58,02/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,25/barr azdır.

3-7 noyabr həftəsində URALS neftinin maksimal qiyməti $61,64/barr, minimal qiymət $54,24/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

3-7 noyabr həftəsində Brent Dated neftinin orta qiyməti $59,61/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,2/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $$63,77/barr, minimal qiymət isə $56,01/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti