Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir İ.Əlizadə/ "2008-ci il ərzində SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) şirkəti Gürcüstanı özünün 280 min kubmetr qazıyla təchiz edib" - çərşənbə axşamı "Azərqaz" QSC-nin (bu qazın nəqlinin təşkilatçısı qismində çıxış edir) rəhbəri Əlixan Məlikov belə deyib.
SOCAR şirkəti hər gün özünün istehsal etdiyi qazdan 1,3-1,5 milyon kubmetrini Gürcüstana nəql edir.
SOCAR özü işlədiyi yataqlardan qaz istehsal edir.
2007- ci ildə Gürcüstana qaz nəqlinin həcmi gündə 1000 kubmetri 120 dollardan olmaqla, 12-13 milyon kubmetr təşkil edib. 2008 - ci ildə satılan yanacağın qiyməti açıqlanmır, amma onun ötən illə müqayisədə xeyli artdığı məlumdur.
Azərbaycanın bu ölkə üçün qazının qiymətinin 2009-cu ildə daha da artacağı gözlənilir.
Мягаля мцяллифиля ялагя цнваны: [email protected]